MƏLUMAT ÜÇÜN ZƏNG EDİN
+994503233747

Arılar balı pətəklərdə saxlayırlar. Bu məhsul daha xeyirli və faydalı sayılır, çünki emal olunmur.
Bildiyimiz balı biz qaşıq ilə və ya çörəyin üzərinə yaxıb yeyiriksə, pətək balı ilə iş daha çətindir. Pətəklər bal üçün xüsusi bir konteyner rolunu oynayırlar. Onların özündə fayda yoxdur, ona görə onları yemək lazım deyil.
Bu balı yemək üçün balaca dilim kəsmək kifayətdir. Dilimi ağzınıza qoyaraq çeyniyin. Çeynədikçə onun tamı yox olacaq, ağızda isə sadəcə pətək qalacaq. Onu tüpürmək lazımdır.
Əgər siz bu pətəyi yesəniz belə, ciddi heçnə olmayacaq.