MƏLUMAT ÜÇÜN ZƏNG EDİN
+994503233747
Haqqımızda

Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Arı canlılar içərisində ən möcüzəli, sirri daha çox öyrənilməsi vacib olan nadir canlılardan biridir. Bizim ailədə ilk arıların saxlanılması ötən əsrin 55-56-cı illərinə təsadüf edir. Şəxsi təsərrüfatla ailəmizdə ali təhsil aldıqdan sonra kəndimizdə müəllim işləməyə başlayan Gəncəli müəllim beş arı ailəsi ilə 1972-ci ildə başlamışdır. Arı ailələrinin sayı artmaqla yanaşı arıçıların və bu sahədə işləyənlərin sayı artmışdır. Bununla bərabər Gəncəli müəllim öz qardaşlarını və oğlanlarını da bu işə cəlb edib. Şəxsi təsərrüfatımız inkişaf edərək böyük ailə təsərrüfatına çevrilmişdir. Yüksək keyfiyyətli bal və digər arı məhsullarını toplamaq üçün arı ailələrini təsərrüfatın yerləşdiyi Masallı rayonu ilə yanaşı, Astara, Lerik, Yardımlı kimi dağ və dağ ətəyi rayonlara aparırıq. İstehsal etdiyimiz arı məhsulları əvvəllər pərakəndə halda satılırdı. 2002-ci ildən etibarən məhsullarımız bütün normativ sənədləri aldıqdan sonra marketlərdə markalanmış formada satılmağa başlandı. Müştərilərimizin sayı artdığından onların təlabatını ödəmək üçün arı ailələrinin də sayını artırdıq. Saf Bal brendi olaraq məhsullarımızı müasir texnologiyalar vasitəsi ilə qablaşdırırıq. Həmişə çalışacağıq ki, müştərilərin saf arı məhsullarına olan təlabatını ödəyək.